Bu ilin dekabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,97 faizi, yaxud 940,5 min hektarı biçilib. Həmin sahələrdən 2691,5 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz az məhsul götürülüb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hər hektardan əldə edilmiş məhsul orta hesabla 28,6 sentner təşkil edib. Bundan əlavə, 35,6 min hektar dən üçün qarğıdalı sahəsindən 226,3 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 63,6 sentner qarğıdalı dəni götürülüb.
Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2917,8 min ton olub.