-3 C
Baku
Sunday, December 15, 2024

Valyuta bahalaşdı, Azərbaycandan dəvət edilən heyətin xərclərini ödəmək qərarı ləğv edildi

Şimali Kipr Türk Cümhuriyyətinin hökuməti Azərbayandan tanıtım üçün heyət dəvət edilməsi və 69 min funt sterlinq məbləğində xərclərinin ödənilməsi barədə cəmi bir neçə gün əvvəl verdiyi qərarı ləğv edib. Banker.az bu barədə “Virtualaz”a istinadən xəbər verir.

Buna səbəb xarici valyutanın, o cümlədən dolların və funt sterlinqin məzənnəsinin kəskin artmasıdır.

Şimali Kiprin milli valyutası Türkiyə lirəsidir, lakin tanınmamış respublikada bir çox sektorlarda pul vahidi olaraq avro və ya funt-sterlinq istifadə edilir. Son günlər Türkiyə lirəsinin məzənnəsi dollar və avroya nisbətən xeyli aşağı düşüb, hazırda 1 avro 14.26 TL-yə satılır.386950 src

Azərbaycandan Şimali Kiprə heyətin dəvət edilməsi və heyət üzvlərinin səfər xərclərinin ödənilməsi üçün 69 min funt sterlinq ayrılması barədə qərarı yerli hökumət noyabrın 23-də verib. Lakin noyabrın 28-də həmin qərar ləğv edilib, bildirilir ki, valyuta kurslarında ifrat yüksəliş nəzərə alımaraq Azərbaycandan ölkəyə dəvət edilən heyətə aid xərclərin ödənilməsinə dair Nazirlər Kabinetinin noyabrın 23-də verdiyi qərar ləğv olunur.

Həmin heyətin kimlərdən ibarət olacağı və hansı təqdimatda iştirak edəcəyi göstərilməyib.

Son xəbərlər
Digər xəbərlər