Böyük Britaniyanın AB-dən ayrılması bütün qlobal bazarlarda olduğu kimi inkişaf edən bazarlarda da sərt dəyişikliklərə səbəb olub.
“Bloomberg” xəbər verir ki, Cənub Afrika randı dollar qarşısında 6.3 faiz ucuzlaşıb. Polşa zlotisi 5.3 faizlə 1993-cü ildən bəri ən böyük enişini yaşayır. Türk lirəsi, Meksika pesosu və macar forinti dollara qarşı 3 faiz itirib.
Hang Seng China Enterprises İndeksi Asiya birjalarındakı itkilərə liderlik edir, Cənubi Koreya və Tayvan istiqrazları yüksəlib.
Cənubi Koreya pul vahidi uon 2.4 faiz, Malayziya ringiti 2.2 faiz, hind rupisi 1.1 faiz düşüb. Brent markalı neftin bareli 5 faizlik enişlə 48.37 dollara enib. Bloomberg Əmtəə İndeksi də 1.5 faiz geriləyib.
MSCI İnkişaf edən Bazarlar İndeksi 3.4 faizlə 2015-ci ilin avqustundan bəri ən böyük enişini yaşayır.
Hang Seng China Enterprises İndeksi 4.2 faiz, Tayvan birjası 2.3 faiz, Taylandda SET İndeksi 2.8 faiz, Cənubi Koreyada Kospi İndeksi 3.1 faiz, Çində Şanghay birjası 1.2 faiz , Jakarta Mürəkkəb İndeksi 2.3 faiz nisbətində geriləyib.
Publika.az