19 C
Baku
Saturday, October 1, 2022

Valyuta ehtiyatlarının idarə edilməsindən 115 mln. dollar gəlir əldə edilib

“2018-ci ilin yekunlarına görə, Azərbaycanda valyuta bazarı tam taraz vəziyyətə düşüb”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Ötən il AMB-nin valyuta ehiyatları 5% artıb. Bu vəsait valyuta bazarından alınmayıb.

Bazarda tam dayanıqlılığın şahidi olmuşuq. Manatın məzənnəsindəki sabitliyin əsas səbəbi budur. 2018-ci ildə AMB valyuta ehtiyatlarını 300 mln. dollar artırıb. Bunun 115 mln. dolları valyuta ehtiyatlarının idarə edilməsindən qazanılıb. Həmin vəsaitin isə 1/3-i svop ıməliyyatlarının hesabına geri qayıtmış vəsaitlərdir”, – deyə o, qeyd edib.

Report

Son xəbərlər
Oxşar xəbərlər