23 C
Baku
Tuesday, July 1, 2025

Valyuta hərracı keçirildi, nəticəsi açıqlandı

21 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 38,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edib. Bir əvvəlki hərracda tələb 53 milyon dollar təşkil etmişdi.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, 16 aprel 2020-ci il tarixində tələb 53 milyon dollar, 14 Aprel 2020-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 56,5 milyon dollar, 09 aprel 2020-ci il tarixində  keçirilmiş valyuta hərracında tələb 55 milyon dollar, 07 aprel 2020-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 67,2 milyon dollar, 02 aprel 2020-ci il tarixində keçirilmiş hərracda 74,6 milyon dollar, 31 mart 2020-ci il tarixində 95,6  milyon dollar, 29 mart 2020-ci il tarixində keçirilmiş növbədənkənar valyuta hərracında isə 106,5 milyon dollar təşkil etmiş və tələb tam təmin edilmişdi.

Son xəbərlər
Digər xəbərlər