24 C
Baku
Çərşənbə, May 18, 2022

Valyuta hərracında dollar satışı 2020-ci ilin martından bu tərəfə maksimumu yenilədi

Azərbaycanda, 21 yanvar 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 99.7 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Adətən v.hərracları həftənin çərşənbə axşamı və cümə axşamı keçirilir, ötən gün 20 yanvar qeyri-iş günü olduğundan AMB bu günə hərrac salmağa məcbur olub. Çox vaxt AMB bayram günlərində keçirilməmiş valyuta hərracına görə hərracların sayını artırmırdı.

Beləliklə, yanvar ayının əvvəlindən bu günə qədər beş valyuta hərracı keçirilib və ümumilikdə banklara ARDNF tərəfindən 540 mln. ABŞ dolları satılıb. Bu da 2020-ci ilin martından bu tərəfə maksimum göstəricidir.

Qeyd edək ki, bundan sonra plan üzrə gedərsə iki hərracın gerçəkləşəyi proqnoz edilir.

324242

 

Son xəbərlər
Oxşar xəbərlər