27 C
Baku
Saturday, July 27, 2024

Valyuta hərracında dollara tələb 5 dəfə azaldı

Bankların valyuta hərracına olan marağı günü-gündən azalır. Mənbənin şəxsi mənbələrdən əldə etdiyi məlumata görə, hərraca çıxarılan 35 milyon dollardan yalnız 7 milyon 500 min dolları satılıb.

Məlumata əsasən, hərracda 1.7020 AZN/USD qiyməti ilə cəmi 2 sifarış daxil olub. Onlardan birinin məbləği 7 milyon dollar, digəri isə 500 min dollar təşkil edib.

Bu gün Mərkəzi Bank və Neft Fondunun birgə keçirdiyi valyuta hərracında dolların məzənnəsi sabitlik göstərərk 1.7020 AZN/USD səviyyəsində qalıb.

Qeyd edək ki, bu, may ayının son valyuta hərracı idi. Ümumilikdə bu ay ərzində Neft Fondu tərəfindən valyuta hərracına 280 milyon dollar çıxarılıb. Keçirilən 8 hərracda ümumilikdə 212 milyon 360 min dollar satılıb.

 

Daha ətraflı cədvəldə:

Tarix
Hərraca çıxarılan məbləğ ($)
Satılan məbləğinhəcmi ($)
  Hərracda formalaşan məzənnə
02.05
35.000.000
26.800.000
1.7024
04.05
35.000.000
21.400.000
1.7026
11.05
35.000.000
22.250.000
1.7025
16.05
35.000.000
25.100.000
1.7022
18.05
35.000.000
47.850.000
1.7023
23.05
35.000.000
32.400.000
1.7021
25.05
35.000.000
29.060.000
1.7020
30.05
35.000.000
7.500.000
1.7020
Cəmi
280.000.000
212.360.000
1.7023
MənbəFins.az
Son xəbərlər
Digər xəbərlər