27 C
Baku
Wednesday, July 24, 2024

Valyuta hərracında dollara tələb azalıb

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracında tələb 220,8 mln ABŞ dolları təşkil edib.

Bu da martın 10-da formalaşmış tələbdən 102,4 mln ABŞ dolları və ya 32% az olub.

Məlumata görə, qrafik üzrə keçiriləcək növbəti valyuta hərracınadək qalan günlərin sayı nəzərə alınaraq, o cümlədən banklar tərəfindən həftəsonu valyuta satışlarının fasiləsizliyinin təmin edilməsi məqsədilə bankların hərracda tələbi tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Son xəbərlər
Digər xəbərlər