10 C
Baku
Wednesday, March 4, 2026

Dollara tələb bu hərracda da artdı – son 9 ayın maksimumu

Azərbaycanda dekabr ayında valyuta hərracları bir qədər “həyacanlı” keçir. Baxmayaraq ki, eyni hadisə çox da uzaq olmayan tarixdə – sentyabrda baş verib, lakin, dekabrda ayın sonuna doğru bankların Dövlət Neft Fondundan hərcdan-hərraca valyuta alışı artır. Son günlərdə isə 2021-ci il üzrə məzənnə riskinə dair yer aldığı açıqlamadan sonra bir çox beyinləri dollar haqqında yenidən düşnüb analiz etməyə məcbur edib.

Azərbaycan Mərkəzi Bankının açıqlamalarına görə son  üç hərracda 70 milyon, 70.8 milyon, 74.3 milyon dollar satılıb. Bu öncəki aylarla müqayisədə xeyli üstələyir.

24 dekabr 2020-ci il tarixindəki hərracda tələb 79.8 mln. dollar olub. Bu isə cari ilin mart ayında baş tutumuş – 31 martda baş tutmuş valyuta hərracından bu tərəfə (95.6 mln dollar) ən yüksək göstəricidir.

Mərkəzi Bankdan Banker.az-a daxil olan məlumata görə, hərracda xarici valyutaya tələb “tam təmin edilmişdir”.

AMB sədri yerli KİV-ə açıqlamasında bildirib ki, devalvasiyanın olacağı xəbərləri “boş söhbətlərdir”. AMB sədri bunun üçün heç bir əsası olmadığını deyib.

87321782318231

Bununla da dekabr ayının ilk səkkiz hərracı ərzində ARDNF tərəfindən banklara  554.8 milyon dollar satılıb. Bu da öncəki hərracda 59.3 mln. dollar, yəni, 12 faiz çoxdur.

Banker.az-ın analitiklərinin fikrincə ilin sonuncu valyuta hərracındakı indiki rəqəm ətrafında olarsa dekabr üzrə ARDNF-in dollar satışının həcmi sentyabrda qeydə alınan 606.3 milyonluq aylıq valyuta satışını da üstələyə bilər.

 

Son xəbərlər
Digər xəbərlər