Bu gün Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərracına 35 milyon dollar çıxarılıb.
Həmin vəsaitin yalnız 1/5-i satılıb.
Bugünkü hərracda banklar cəmi 7 milyon 300 min dollar alıb. Qalan 27 milyon 700 min dolları alan olmayıb.
Maliyyə bazarındakı vəziyyəti şərh edən mənbənin dediyinə görə, banklarda dollar kütləsi çoxdur, manat azdır. Ona görə də dollara tələb yoxdur. Bu səbəbdən banklar bu hərraca böyük maraq göstərməyiblər.