7 C
Baku
Sunday, December 21, 2025

Valyuta hərracında bayramdan bu tərəfə ilk dəfə artım müşahidə edilir

14 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki,  hərracda tələb 56,5 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Qeyd edək ki, sonuncu valyuta hərracında (9 aprel) 55 mln. dollarlıq valyuta satılmışdı.

Göründüyü kimi, bu günki hərracda 1,5 mln. dollarlıq daha çox valyuta hərracda satılıb. Novruz bayramından sonra bütün valyuta hərraclarının hər birində satılan valyutanın həcmi azalmağa doğru getdiyini nəzərə alsaq, bayramdan bu tərəfə 14 apreldəki valyutanı (öncəkinə nisbətdə) artım müşahidə edilən ilk hərrac saymaq olar.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Son xəbərlər
Digər xəbərlər