Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bugünki hərracda bankların tələbi ötəngünki hərracla müqayisədə 44,4 milyon ABŞ dolları və yaxud 20,1% artaraq 265,2 milyon ABŞ dolları təşkil edib.
Hərracda manatın ortaçəkili məzənnəsi yenə də 1,7000 AZN/USD səviyyəsində formalaşıb.