6 C
Baku
Monday, December 16, 2024

Valyuta hərracında dollara tələbat rekord həddə çatıb

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 12 dəfədən artıq üstələyərək rekord həcmdə – 600 mln. ABŞ dollarından çox olub. Bu barədə bank dairələrindən məlumat verilib.

ARDNF-in hərraca çıxardığı valyutanın məbləği 50 mln. dollar olub. Bu vəsait 29 kommersiya bankına satılıb.

Analitika qrupu Report hesab edir ki, tələbin həddindən artıq genişlənməsi nəticəsində növbəti hərraclarda valyuta təklifinin 100-200 mln. dollara qədər artırılacağı gözlənilir: “Bundan sonra manatın dollar qarşısında bir qədər dəyər qazanması mümkündür”.

HƏMÇİNİN OXU: Azərbaycan bankları yenidən xalis valyuta satıcısına çevrilib

Son xəbərlər
Digər xəbərlər