Oktyabrın 11-də keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,7 AZN/$1 təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Bu gün AMB Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7 AZN/$1 səviyyəsində formalaşıb”, – deyə məlumatda bildirilir.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb. Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.