20 aprel 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Aprelin altıncı valyuta hərracda tələb 31 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bu da son bir ildə qeydə alınan ən aşağı rəqəmdir. Sonuncu dəfə ən aşağı rəqəm iyun ayında alınmışdı ki, həmin müddətdə də 33 milyon dolların üzərində idi.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Beləliklə, aprel ayının ilk 6 valyuta hərracında 346 milyon dollar valyuta satılıb.