Azərbaycan Mərkəzi Bankı (AMB) bugün növbəti valyuta hərracı keçirib.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hərracda 50 mln. ABŞ dollarını satışa çıxarıb, amma hərracda tələb 300 milyon dolları keçib.
Analitik qrupu AMB-nin rəsmi məzənnəsinin iyulun 20-nə 1,5662 AZN/USD səviyyəsinə yüksələcəyini ehtimal edir.
Agentliyin ekspertləri hesab edirlər ki, qlobal maliyyə bazarlarında yaxın iki ay ərzində dolların məzənnəsinin yüksəlməsi proqnozları fonunda nağd valyuta bazarında dollara tələb bir qədər də artacaq. Nəticədə rəsmi məzənnənin 1,60 səviyyəsinə qədər artması ehtimal edilir. /Report