Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi 12 dəfə üstələyib. Banker.az xəbər verir ki, bu barədə Report-a bank dairələrindən məlumat verilib.
Məlumata görə, banklar hərracda 600 mln. dollardan çox vəsait əldə etmək istəyib. Son nəticədə ARDNF-in hərraca çıxardığı 50 mln. dollar tam həcmdə 27 banka satılıb.