5 mart 2019-cu il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır. Bu da 2018-ci ilin mart ayının 6-dan bu tərəfə dəyişməz olaraq qalması deməkdir.
Qeyd edək ki, AMB məzənnəni 2017-ci ilin son ayından başlayaraq 6 mart 2018-ci il tarixinə qədər 1,7001 səviyyəsində müəyyən etmişdi.