9 C
Baku
Friday, November 15, 2024

Valyuta hərraclarının keçirilmə saatı dəyişdirilir

Valyuta hərraclarının keçirilmə saatında dəyişiklik edilir. Bunu açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bu gün Mərkəzi Bankda bank rəhbərləri ilə keçirilən görüşün nəticələri ilə bağlı məlumat verərkən deyib.

Onun sözlərinə görə, bundan sonra Mərkəzi Bankda Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərracları saat 11:00-da deyil, 12:00-da baş tutacaq.

“Üzən məzənnəyə keçidlə əlaqədar bu günə qədər artıq dörd hərrac keçirilib. Üzən məzənnə rejimi, onun qaydaları banklar üçün yeni bir rejimdir. Görüşün keçirilməsində məqsəd bu hərraclardan sonra əldə olunan təcrübələr və meydana çıxan sualların müzakirəsi idi. Bu kimi görüşlər il ərzində mütəmadi olaraq keçiriləcək ki, ortaya çıxacaq suallar müzakirə olunsun və sistem daha da təkmilləşdirilsin”, – deyə Z. Nuriyev qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər