9 C
Baku
Thursday, December 12, 2024

Valyuta “oynamaları” ARDNF-in aktivlərinin idarə edilməsinə $5.12 mlrd. zərər vurub

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən təqdim edilmiş 9 aylıq icra göstəricilərinə əsasən aktivlərin idarəedilməsindən 2 milyard 659.5 mln. ABŞ dolları və ya mənfi 5.7% həcmində zərər edilmiş, büdcədənkənar xərcləri isə 2 milyard 461.8 mln. ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.

Palata deyir ki, bu da nəticədə Fondun vəsaitlərinin idarəedilməsindən məzənnə fərqi nəzərə alınmaqla xalis reallaşdırılmamış zərəri ümumilikdə 5 milyard 121.3 mln. ABŞ dolları təşkil etmişdir.

2023-cü ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə ediləcək gəlirlərin 935.8 mln. ABŞ dolları və ya 1 miolyard 590.9 mln. manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2021-ci ilin müvafiq icra göstəricisindən 1 milyard 696.5 mln. manat və ya 51.6% azdır. 2022-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər ilkin olaraq 1.7% və ya 1 milyard 216.8 mln. manat proqnozlaşdırılmış, lakin sonradan bazarda baş verən proseslər və bundan irəli gələn qeyri müəyyənliklər nəzərə alınaraq dürüstləşmiş büdcədə gözlənilən gəlirlilik 0% olaraq müəyyənləşdirilmiş, 9 aylıq icra göstəricilərinə əsasən vəsaitlərin idarə olunmasından 4 milyard 521.0 mln. manat məbləğində və ya 5.66% həcmində zərər yaranması bildirilmişdir.

Fondun hesabat tarixinə büdcədənkənar xərcləri 2 461.8 mln. ABŞ dolları, o cümlədən qızıl üzrə 447.8 mln. ABŞ dolları, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə isə 2 milyard 014.0 mln. ABŞ dolları təşkil etmişdir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə mənfi gəlirlilikdə əsas pay avro (1 milyard 242.5 mln. ABŞ dolları), GBP (418.7 mln. ABŞ dolları) və JPY (118.7 mln. ABŞ dolları) portfelləri üzrə olmuşdur.

 

Son xəbərlər
Digər xəbərlər