15 C
Baku
Friday, May 3, 2024

Valyuta riskləri nədir?

Məlumdur ki, bütün ticarət və kredit əməliyyatlarının effektivliyi valyuta seçimindən asılıdır. Mal və xidmətlərin idxal-ixracı ilə əlaqədar olan müəssisələr həmişə valyuta məzənnələri arasındakı fərq riskinə məruz qalırlar. Bu, göndərilən məhsulların alınması və hesablaşmaların həyata keçirilməsi müxtəlif milli valyutalarla aparılması ilə əlaqədardır. Deməli, müəssisə daima valyuta cütlüyündə baş verən tərəddüd dinamikasından asılıdır (məsələn, tədarükçü firma məhsulu Çin yuanı ilə alır və onu hesablaşmaların avro ilə aparıldığı Avropada satır).

Bu səbəbdən də valyuta riski anlayışı meydana çıxır. Valyuta riski anlayışı müqavilənin imzalanması ilə bu müqavilə üzrə ödənişlərin faktiki olaraq həyata keçirildiyi dövr ərzində valyuta mübadilə məzənnəsindəki tərəddüdlər nəticəsində baş vermiş maliyyə itkilərini qiymətləndirmək üçün istifadə olunur.

Məzənnədə baş verən daimi tərəddüdləri nəzərə alaraq, bir qayda olaraq onu lazım olan valyutaların alıcılıq qabiliyyəti əsasında müəyyən edirlər. Valyuta məzənnələrindəki tərəddüdlərə inflyasiya, şirkətin ödəmə balansı, ayrı-ayrılıqda hər bir valyutaya olan tələbin nisbəti, ölkədəki siyasi və iqtisadi amillər səbəb olur. Valyuta məzənnəsi kifayət qədər vacibdir, belə ki dünya bazarında ölkənin ixrac üzrə rəqabət qabiliyyətliliyini və onun valyutasının qiymətliliyini təyin edir.

Valyuta riskinin üç növü fərqləndirilir: iqtisadi, köçürmə riski və müqavilə riski .

İqtisadi risk məhsulun qiymətinin birbaşa olaraq valyuta məzənnəsindən birbaşa asılı olduğu an yaranır. Bu, birbaşa olaraq məhsul dövriyyəsinin azalması, şirkət məhsullarının qiymətinin dəyişməsi, rəqabətin güclənməsi, istehlakçı cəlbediciliyinin itirilməsi və s. ilə nəticələnir. Təcrübə göstərir ki, hətta şirkət daxili bazarda fəaliyyət göstərsə də və bütün əməliyyatlar milli valyutada aparılsa da iqtisadi riskdən tamamilə qorunmaq mümkün deyil.

Köçürmə riski istehsal gücü və xarici valyuta ilə pul ehtiyatı arasındakı fərq ilə əlaqədardır. Əgər xarici valyutanın məzənnəsi aşağı düşürsə, onda aktivlərin dəyəri aşağı düşür, aktivlər azaldıqda isə firmanın səhm kapitalının həcmi aşağı düşür.

Sövdələşmə riski milli valyutaya nəzərən xarici valyuta sövdələşməsinin dəyərinin müəyyən edilməsi ilə bağlı çətinliklər yarandığı hallarda baş verir. Qiymətləndirmənin düzgün şəkildə aparılmaması ya firmanın gəlirlərinə əhəmiyyətli dərəcədə təsir göstərir, ya da bankın kredit qabiliyyətliyini aşağı salır. Ona görə də gələcək müqavilə valyutasının seçilməsi zamanı belə amillər nəzərə alınmalıdır: müqavilə müddətində verilmiş valyutanın məzənnəsindəki tərəddüdlərin proqnozlaşdırılması, məhsul və xidmətin özünün xarakteri, müqavilənin aparılması xüsusiyyətləri, ənənələr, müqavilənin təşkil edilməsi formaları (birdəfəlik və ya müqavilə üzrə, dövlətlər arası razılaşma).

İqtisadi münasibətlərin istənilən gedişatı risklərin yaranması ilə əlaqədardır, buna görə də onların düzgün şəkildə idarə edilməsi şirkət və ya bank fəaliyyətinin ən vacib növlərindən biridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər