Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Valyuta tənzimi haqqında” qanun və Mərkəzi Bankın “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dair üzvlərin rəy və təkliflərinə baxılıb. Bu barədə Assosiasiyadan məlumat verilib.
İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının və ABA-ya üzv təşkilatların nümayəndələri, ABA-nın hüquqi məsələlər üzrə ekspert qrupunun sədri Qorxmaz Ağayev və daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə ekspert qrupunun sədri Zakir Kazımov iştirak ediblər.
Görüşdə üzv təşkilatlar tərəfindən bank müştərisi olan hüquqi və fiziki şəxslərin fəaliyyətini asanlaşdıracaq təkliflərin ilkin müzakirəsi olub və digər iştirakçıların münasibəti öyrənilib. Sonda təkliflərin yenidən işlənilərək, aidiyyəti qurumalara ünvanlanmasına qərar verilib.