26 C
Baku
Saturday, July 27, 2024

Valyutadəyişmə məntəqələri sıradan çıxır

Manatın kəskin devalvasiyasından sonra valyutadəyişmə məntəqələri çətinliklə üzləşib.

Redaksiyamıza daxil olan məlumata görə, son bir həftədə 10-na yaxın valyutadəyişmə məntəqəsi fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bildirilir ki, buna səbəb valyuta mübadiləsinin bəzi iri banklar tərəfindən inhisara alınmasıdır.

“Valyutadəyişmə məntəqələrinin əsas müştəriləri ticarətçilər idi. Onlar topdansatış məntəqələrindən malı dollarla aldıqları üçün əllərində pulu əsasən valyutadəyişmə məntəqələrində dəyişirdilər. Lakin artıq topdansatış məntəqələri bu problemi özləri həll edir. Yəni, ticarətçilərdən dollar tələb etmir. Onların verdiyi pulları bir-neçə bankda dəyişirlər. Bu da valyutadəyişmə məntəqələrinə ciddi zərbə olub, dövriyyələri kəskin şəkildə azalıb”, – deyə qaynağımız bildirir.

Mənbənin sözlərinə görə, güman ki, bir neçə ay ərzində xeyli sayda valyutadəyişmə məntəqəsi fəaliyyətini dayandırmalı olacaq.

faktxeber

Son xəbərlər
Digər xəbərlər