18 C
Baku
Friday, October 18, 2024

Valyutadəyişmə məntəqələrində dollar satılırmı?

Dünən günorta saatlarından Bakının bir çox valyutadəyişmə məntəqəsi bağlanıb və ya dolların satışı dayandırılıb.

Bu addım bu gün dolların kəskin bahalaşacağı ilə bağlı şayiələrə görə əhalinin təlaşa düşüb valyutadəyişmə məntəqələrinə əmanətlərini dollara çevirmək üçün axın etməsi ilə izah olunub.

Biz də hazırda valyutadəyişmə məntəqələrində vəziyyətin necə olması ilə maraqlandıq.

Səhər baş çəkdiyimiz “Zaminbank”ın valyutadəyişmə məntəqəsində və “United Credit Bank”ın valyutadəyişmə məntəqəsində dolların satılmadığı bildirildi. Valyuta dəyişənlər bunu bankdan dolların göndərilməməsi ilə izah ediblər.

Məsələ ilə əlaqədar “Zaminbank”dan bildirildi ki, bu gün dolların satışı bərpa olunacaq.

“United Credit Bank”la isə əlaqə yaratmaq mümkün olmadı.

Digər bankların valyutadəyişmə məntəqələrində isə dolların satışı ilə bağlı problem olmadığı qeyd olundu.

Axşam saatlarından dolların satışını dayandıran digər bank “Bank Respublika” dan isə bildirildi ki, dünən axşam saatlarında bankın daxili qərarına əsasən dollar satışı dayandırılıb:

“Bu gün isə valyutadəyişmə məntəqələrində dolların satışı bərpa olunub”.

gun.az

Son xəbərlər
Digər xəbərlər