10 C
Baku
Thursday, December 12, 2024

Valyutadəyişmə məntəqələrinin bərpasına haradan başlamalı?

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, bunun üçün məntəqənin yerləşdiyi yerdən asılı olaraq girov tələb olunur

Azərbaycanda qısa müddətdən sonra valyutadəyişmə məntəqələrinin fəaliyyətini bərpa etmək mümkün olacaq. Bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanuna edilən dəyişikliklərə əsasən artıq fiziki şəxslər də valyutadəyişmə məntəqəsi sahibi ola bilərlər. Bunun üçün məntəqənin yerləşdiyi yerdən asılı olaraq girov tələb olunur. Girov passiv vəsait kimi təqdim edilir və bu rüsum kimi qəbul edilməməlidir”.

“Valyutadəyişmə məntəqəsinə sahib olmaq istəyən vətəndaşlar lisenziya almalıdırlar. Bu zaman vətəndaş ərizə ilə yanaşı bir sıra digər sənədləri də Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir. Bu isə o deməkdsir ki, artıq biz yaxın zamanda valyuta dəyişmə məntəqələrinin fəaliyyətini müşahidə edəcəyik” – deyə o Sputnik Azərbaycana bildirib.

Son xəbərlər
Digər xəbərlər