10 C
Baku
Wednesday, December 11, 2024

Valyutanın gizli devalvasiyası nədir?

Valyutanın gizli devalvasiyası – valyuta siyasətinə cavabdeh olan dövlət orqanlarının nümayəndələrinin rəsmi şərhləri olmadan milli pul vahidinin dəyərinin digər valyutalara münasibətdə enməsi halıdır.

Gizli devalvasiya zamanı açıq bazarda əməliyyatlar həyata keçirmək yolu ilə məzənnəni müəyyən səviyyədə saxlamaq üçün hər hansı bir tədbirlər görülmür. Gizli devalvasiyanın baş verməsi üçün bir sıra səbəblər mövcud ola bilər. Birincisi, bu qeyri-sabit iqtisadi və siyasi vəziyyət, dünya maliyyə və əmtəə bazarlarında əlverişsiz vəziyyət və kütləvi kapital axınıdır. Bundan əlavə, müəyyən mərhələdə bu amillərə psixoloji cəhətlər də qoşulur. Belə ki, əhali əcnəbi valyutaya üstünlük verməyə başlayır və depozitlərini bu valyutaya köçürür.

Gizli devalvasiyanın özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, məzənnənin enməsi böhran səbəbindən 1 gün ərzində deyil, günlər, həftələr və hətta aylar ərzində baş verir.

Qaydalara əsasən, milli valyutanın enməsinin əsasında bütün ölkənin iqtisadiyyatına şamil edilən amillər dayanır. Bu amillərə isə ÜDM həcminin artmasının yavaşlaması, inflyasiya, işsizlik səviyyəsinin yüksək olması və s.

Gizli devalvasiyanın müsbət cəhətləri olduğu qədər, mənfi cəhətləri də vardır. Onun müsbət cəhətinə ixrac üçün nəzərdə tutulmuş məhsul və xidmət sahəsində rəqabət qabiliyyətinin artmasını aid etmək olar. Müəyyən vəziyyətlərdə gizli devalvasiya idxalı daxili istehsal ilə əvəz etməni stimullaşdıra bilər. Digər tərəfdən, devalvasiya əhalinin geniş təbəqəsinin yoxsullaşmasına, alıcılıq qabiliyyətinin enməsinə, həyat səviyyəsinin və keyfiyyətinin pisləşməsinə gətirib çıxarır.

Son xəbərlər
Digər xəbərlər