“Vaqner” Baxmutu tərk edir

Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Ukraynanın Baxmut şəhərini tərk edir.

Bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib.

Video açıqlama ilə çıxış edən Priqojin silah-sursat çatışmazlığı səbəbindən mayın 10-da Baxmutu tərk edəcəklərini söyləyib.

O, Rusiya müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu tutduqları vəzifələrin öhdəsindən gələ bilməməkdə, bilərəkdən “Vaqner” qruplaşmasını silah-sursatla təmin etməməkdə ittiham edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər