9 C
Baku
Saturday, January 11, 2025

“Vaqner” Rusiyada nəzarətə götürdüyü əraziləri tərk edib

“Vaqner” özəl hərbi şirkətinin bütün hərbi texnikası və şəxsi heyəti dünən şirkətin rəhbəri Yevgeni Priqojinin başçılığı altında Rusiyada baş vermiş hərbi qiyam zamanı nəzarətə aldığı əraziləri tərk edib.

Bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd olunub ki, “Vaqner” özəl hərbi şirkətinin hərbçiləri Rostov, Voronej, Lipetsk vilayətlərində və digər ərazilərdəki mövqelərini tərk edib.

Hazırda həmin ərazilərdə dünən tətbiq edilmiş məhdudiyyətlər tədricən aradan qaldırılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər