Maliyyə işləri ilə bağlı bütün başlanğıclar çətindir, lakin mürəkkəb şəraitdə sabitliyə görə gələcək mükafat tələb olunan qurbanların xoşagəlməzliyindən daha artıqdır.
Mənə diqqətlə qulaq asın: maliyyə başlanğıclarının qaydaları mövcuddur, və siz varlanmağa doğru gedən yolla getməyə başlayırsınızsa,son nəticədə insan kütləsindən seçilərək talenin üzünə güldüyü insanlardan birinə çevrilmək üçün zəruri olan: var-dövlət yığmağın vərdişlərini, fəlsəfi dinamika və maliyyə impulsunu tutub, onları öyrənib istifadə etməlisiniz.
Bu qaydalar üçdür və onlar aşağıda təsvir edilmişdir.
Qayda 1
Qismətinə varlı olmaq çıxmış insan var-dövlət yığma yoluna qədəm qoyarkən, eyni zamanda həm pula, həm də maddi əşyalara malik ola bilməz.
Varlı olmaq üçün pul kisəsini dolduran pullar barədə çətin qərarlar qəbul etmək lazım gəlir. «Yığıb saxlamaq» və «xərcləmək» sözləri yoxsulluqla mübarizədə müttəfiq deyillər. Əgər siz qazandığınız pulların hamısını sadəcə əşyalar almağa sərf edirsinizsə, daim şeylərin bolluğuna sevinəcək, lakin heç vaxt sabit maliyyə müstəqilliyinin nə olduğunu bilməyəcəksiniz.
Əksinə, siz özünüzdə pul xərcləmək arzusunu öldürüb onları qorumağa cəhd edirsinizsə, vaxt gələcək, böyük sərvətlər toplaya biləcəksiniz və həmişə dolu pul kisəniz və arzu etdiyiniz əşyalarınız olacaq. Daha sadə dildə, siz maddi əşyalara daha çox aludəsinizsə, heç vaxt varlı olmayacaqsınız. Lakin məqsədiniz pul yığmaq olarsa, bir dəfə lazım olan hər şeyi əldə edəcəksiniz.
Sonuncu variant – ağıllı olanın seçilməsidir. Bütün maliyyə başlanğıcları ya ömrün erkən çağlarında, ya da onun qürubunda qurbanlar vermək tələb edir. Gənclik illərində edilən qurban çoxlu xoşbəxt günlər şəklində mükafatlar gətirdiyi halda, ömrün sonlarında edilən qurban arasıkəsilməyən mübarizə və ehtiyacdır. Qurbanı elə indi verin ki, qalan ömrünüz boyu qazanacağınız var-dövlətdən bəhrələnəsiniz.
Qayda 2.
Qismətinə varlılıq düşmüş insana qazandığının bir hissəsini yığmaq vərdiş halına çevrilməlidir
Əgər siz pul kisənizi doldurmaq üçün yorulmadan işləyirsiniz, lakin aşkar edirsiniz ki, qazandığınızdan özünüzə çox az hissə ayırırsınız və ona görə də az yığılır, bu o deməkdir ki, özünüzü düşüncəsiz aparırsınız. Qazandığınız hər on pul vahidindən minimum birini özünüzə saxlayın. Siz nə vaxtsa maliyyə mümtəqilliyinə nail olmaq istəyirsinizsə, bu, əməl edəcəyiniz fundamental prinsipdir. Özünüzü pul ayırdıqdan sonra qalan pullardan hökumətə və bütün maliyyə öhdəliklərini ayırın. İlk növbədə özünüzə, sonra başqalarına pul ayırırsınızsa, bütün maliyyə çətinlikləriniz aradan qalxacaq. Bu fundamental qanuna gəldikdə, heç bir kompromis yoxdur.
Deyə bilərsiniz ki, «İndi mənim ticarət adamlarına pul ödəməyə və ya sevdiyim insanların tələbatını ödəməyə pulum çatmırsa, birinci növbədə özümə necə pul ayıra bilərəm? Bu, ticarət adamlarını və borc verənləri əsəbiləşdirə bilər». Mən sizə cavab verim: – qoy əsəbiləşsinlər. Sizin yeganə öhdəliyiniz – özünüzə pul ayırdıqdan sonra qalan hissədən onlara ədalətli hissəni verməkdir. Onlar lazım olduğu və tələb etdikləri ödənişləri görmədikdə sizə hədə-qorxu gəldikdə və ya etiraz etdikdə bu sizə qəribə gəlməsin. Hər şey deyildikdən və edildikdən sonra onlar sizin şərtlərinizlə vaxtında edilən ödənişlərlə razılaşacaqlar.
Sizin şərtlərinin ədalətli olmalıdır. Yalnız o zaman uğur qazanacaq, daha çox pul əldə edəcək və onlara olan borclarınızı ödəyəcəksiniz. Onların hər biri ilə sona qədər hesablaşdıqdan sonra bir daha düşüncəsiz addımlar atmayın. Məsləhətim belədir: borcsuz yaşamağı öyrənin.
Qayda 3.
Taleyinə varlı olmaq yazılan insan ağıllı məsləhətlər axtarmalı və ağılla hərəkət etməlidir, və bu zaman onun əmanətləri gələcəkdə yeni əmanətlərin axınını təmin edər.
Kapital böyük məhsuldarlığa malikdir. Pullardan çoxlu miqdarda pul doğur və bu törəmə pullar daha çox meydana gətirir. Və bu istehsal potensialının son həddi yoxdur. Məhsuldar torpağa əkilmiş bir qoza lazımi qida aldıqda, minlərlə meşəyə çevrilir. Pullarla da belədir.
Allahın bizə buyuruğu törəmək, çoxalmaq, sahib olmaqdır. Bu buyuruq həyatımızın bütün tərəflərini, o cümlədən maliyyə tərəfini də əhatə edir. Bəzi insanlar ömür boyu var-dövlət yığır və bununla da, Allahın məhsuldar olmaq öyüdünə əməl etdiklərini düşünürlər. Lakin onlardan çoxu Tanrının «qazandığınızı çoxaldın» öyüdünü yerinə yetirmək müyəssər olmur və bununla da, şəxsi maliyyə vəsaitlərinə əsl sahiblik edə bilmirlər. Bu çox acınacaqlı vəziyyətdir və bu bədbəxtliklə yaşayan insanlara oxmamağınızı istərdim. Əgər siz həqiqətən də, daim nazik olan pul kisəniz üçün daim təsir edən dərman axtarırsınızsa, törəmək, çoxalmaq və sahib olmaq öyüdünə əməl etməyinizi, xüsusilə də maliyyə məsələlərində bu tapşırığı yerinə yetirməyinizi məsləhət görürəm. Allahın bu mandatı – bütün həyatınız boyu təsir edən yeganə dərmandır.
Məni diqqətlə dinləyin: siz başa düşməlisiniz ki, insan özünün şüurlu və fiziki enerjisini müstəsna olaraq həyatının işinə yönəltdikdə məhsuldar olur. Əgər siz məşğul olduğunuz işi də sevirsinizsə, deməli bəxtiniz gətirmişdir. Bütün əqli və fiziki qüvvələrinizi birləşdirib məqsədə yönəldən zaman nəhəng gücə malik olursunuz.
Şüurla hesablanmış və işinizə sərf etdiyiniz əqli və fiziki qüvvələriniz məhsuldarlığınızı və bunun nəticəsi kimi qazancınızı müəyyən edir. Başlanğıc üçün adi təcrübə kimi həftənin altı günü gərgin əmək üçün, yeddinci günü əqli, fiziki və mənəvi yeniləşmə üçün ayrılır. Şəxsi intizam yaxşı əmək vərdişləri üçün mühüm zəmindir. Yadda saxlayın: əvvəl siz öz vərdişlərinizi yaradırsınız, sonra isə vərdişlər sizi yaradır. İşinizi planlaşdırmağı vərdiş edin. Planla işləməyi nizama salın. Bu plana ailə ilə ünsiyyəti də daxil edin, çünki ailəniz qiymətli xəzinəyə bənzəyir.
Tez bir zamanda varlanmaq üçün pul borc etmək fikrindən daşının. Başa düşün ki, ani sərvət üçün qaçmaq həyatınızı boş pul kisəsi ilə yenidən başlamağa doğru aparan yoldur. Ağır və çətin zəhmətlə qazanılmış pullar hesabına görünməyən mənfəət vəd verən alver əməliyyatlarından qaçın, çünki itirmək riski çox böyükdür. Pullarınızı saxlamaq üçün etibarlı yer tapın ki, sizə buna görə ədalətlə ödənişlər edilsin və əmanətlərinizin sabit artımını təmin edilsin.
Qarşınıza varlanmaq məqsədini qoyduqdan sonra şəhərinizin varlı insanlarına məsləhətləri ilə kömək edən ağsaqqala müraciət edin. Təcrübəli məsləhətçi (müşavir) sizin zəhmətlə qazandığınız pulların daha çox əmanət gətirməsi üçün harada istifadə olunmağını daha yaxşı bilir. Ağıllı məsləhətçi elə edəcək ki, siz rahat yatdığınız zaman da gəlirləriniz artsın. Lakin heç vaxt, heç bir şəraitdə məsləhətçiyə o dərəcədə inanmayın ki, bütün pullarınızı ona verəsiniz, o sizin tövsiyələrinizə də qulaq asmasın. Seçdiyiniz məsləhətçinin yüksək ixtisas dərəcəsinə baxmayaraq,sərvətlərinizin çoxalmasına özünüz nəzarət edin.
Mən Dəməşqdə əzəmətli bir malikanə sahibi Hafid adlı varlı bir insanı tanıyırdım. O, çox işləyib çox qazanan tacirlərdən olsa da, bütün maliyyə işlərini ixtisası kifayət qədər olmayan bir məsləhətçiyə etibar etmişdi. Məsləhətçi də öz növbəsində bu pulları artırmaq məqsədilə bir çox riskli müəssisələrə pullar tökürdü. Nəticədə məsləhətçinin bu ehtiyatsız hərəkətləri sayəsində Hafid əlində olan vəsaitlərin hamısını itirmiş oldu. O, hər şeyi təzədən başlamağa cəhdlər edəndə mən ona görə həyəcan keçirirdim. Lakin o, əvvəlki var-dövlətinə çata bilmədi.
Təəssüf ki, Hafidin başına gələn əhvalat adi əhvalatdır və nəsillərdən-nəsillərə keçir. İnsan bu cür vəziyyətlərə düşməmək üçün nə vaxtsa kifayət qədər ağıllı olacaqmı? Buna şübhə edirəm. Lakin bu təcrübədə ibrət dərsi var və nə qədr ki, pullar düşünülmədən risklə paylaşdıqda heç vaxt böyük qazanc gətirməyib. Pullar vaxt və ağır zəhmət tələb edir, lakin bacarıqlı məsləhətçilərin əlində onlar hərəkətsiz qala bilər və nə vaxtsa əlinizdən quş kimi uçub gedə də bilər.
Maliyyə işlərinizə nəzarəti qurmaq üçün siz ilk növbədə, maliyyə azadlığına nail olmalısınız ki, bu da sizin artan maliyyə tələbatlarınından doğan ehtiyacdan irəli gəlir və bu ehtiyaclardan xilas olmaq deməkdir. Bu, həm də sevdiyiniz insanların yaşayışını və minimum rahatlığınıtəmin etmək üçün həyəcanlardan azad olmaq deməkdir. Maliyyə azadlığı maliyyə başlanğıcları qaydalarının yerinə yetirilməsinin vərdiş halını alması vasitəsilə nail olunur. Maliyyə azadlığına nail olunduqda, nəzarət imkanı yaranır.
Mən sizə maliyyə başlanğıcı qaydalarına riayət etməyi və məhsul vermək, çoxalmaq və əldə etdiyiniz maddi sərvətlərə sahib olmağı məsləhət edirəm. Elə indi başlayın, şəraitin necə olub-olmamasından asılı olmayaraq. Sabaha saxlamayın, ona görə ki, sabah heç vaxt olmayacaq. Sabah – yalnız uğursuzluqlar olan saxta sığınacaqdır. Ağıllı olun, bu günlə yaşayın, mümkün olan hər şeyi bu gün edin və vaxt gələcək, xəzinəniz dolacaq və həyatınıza xoşbəxtlik daxil olacaq.
Yaddaş üçün
Siz qazandığınızın böyük hissəsini qoruyub saxlamalı və öz əmanətlərinizi elə istifadə etməlisiniz ki, onlar sizin üçün işləsin və tükənməyən gəlirlərinizin axınını təmin etsin.