Milyarderlər dünyaya adi insanlar kimi baxmır. Məhz buna görə onlar milyarderlərdir. Bu şəxslər qarşılarına qoyduqları məqsədə çatmaqda onlara yardım etmiş unikal vərdişlərə, xarakter xüsusiyyətlərinə və prinsiplərə sahibdirlər.
Aşağıda milyarderlərə öz rifahlarının əldə edilməsində kömək etmiş 7 xüsusiyyəti təqdim edirik:
1. Onlar heç vaxt əldə etdikləri ilə kifayətlənmir
Milyarderlərin əksəriyyəti bu fikirlə razıdırlar ki, hər hansı bir sahə üzrə ehtirasa sahib olmaq uğura nail olmaq üçün ən yaxşı üsuldur. Onlar bir qayda olaraq, pul qazanmağa deyil, öz arzularının reallaşdırılmasına yönəlmiş olur. Və onlar planladıqları nəticəni əldə etdikdən sonra dayanmırlar, çünki onlar bilirlər ki, sonda onları əsl uğur gözləyir. Onlardan hər biri sevdiyi və ona məmnunluq qazandıran iş ilə məşğul olur. Bu istər texnologiya, istər idman, istərsə də maliyyə sahəsi olsun.
2. Onlar digərlərindən daha çox işləyir, lakin buna baxmayaraq, həyatdan daha çox zövq alırlar
Milyarderlər sözün əsl mənasında çox işləyir. Elon Musk-ın özünün də qeyd etdiyi kimi, o, həftədə 80-100 saat işləyir. Onun digər əməkdaşları isə bu zaman həftədə orta hesabla 40 saat çalışır.
Onların bu qədər çox işləməsinə baxmayaraq, bu şəxslər əylənməyi və növbəti işlər üçün güc toplamağı da unutmur.
3. Onlar qəlizləşdirməməyə üstünlük verir
Milyarderlər adətən qarşılarına çox qəliz məqsədlər qoyurdu. Məsələn, Henri Ford istəyirdi ki, avtomobil hər kəs üçün əlçatan olsun. Bill Gates hər kəsin evində kompüterin olmasını arzulayırdı. Ceff Bezos işə kiçik online kitab mağazası ilə başladı. Mark Tsugerberg insanları əlaqələndirmək istəyirdi.
Gələcəyin milyarderi qarşısına məqsəd qoyduqda, bu çox sadə səslənir. Və onlar bu məqsədə nail olmaq üçün detalları ətraflı yazmayaraq kifayət qədər sadə planlar tərtib edirlər. Qəlizləşdirmək nəyə lazım? Axı, plan sadə olduqda onu reallaşdırmaq, eyni fikirli komanda toplamaq və əsas məqsədin reallaşdırılmasına köklənmək də daha asan olur.
4. Onlar digərlərinə arxalanır
Milyarderlər bilirlər ki, hər şeyi tək başına edə bilməzlər. Bundan əlavə, onlar çox yaxşı başa düşürlər ki, dünyanın ən ağıllı insanlarından biridirlər. Məhz buna görə də, hər hansı sahədə onlardan çox biliyə sahib olan şəxslərə kömək üçün müraciət etməkdən çəkinmirlər. Bu isə onlara yeni imkanlar qazandırır.
Buna görə də, onlar arxalandıqları və etibar etdikləri menecerlərdən tutmuş, istehsalat assistentlərinə qədər hər kəslə yaxşı münasibəti qoruyub saxlamağa can atırlar.
5. Zaman puldur
Milyarderlər işi elə şəkildə qurur ki, özləri məlumat axtarışına əlavə zaman sərf etmədən bu məlumatları tabeliklərində olan şəxslər vasitəsilə hazır şəkildə qəbul edirlər. Onlar yaxşı bilirlər ki, zaman puldur. Əlinin altında lazımi məlumata sahib olduqda isə onlar daha asan şəkildə qərar qəbul edir və hesablama aparır.
6. Onlar dünyanı yaxşılaşdırır
Milyarderlərin dünyanı yaxşılaşdırmaq cəhdləri heç kimə sirr deyil. Onlar gələcəkdə daha etibarlı gələcək üçün təmiz enerji və yeni texnologiya yaradır.
7. Onlar qumar oyunları oynamır, lakin risk etməyi sevirlər
Alimlər varlı və uğurlu şəxslərin davranışlarını araşdırarkən belə qənaətə gəlmişlər ki, yoxsul şəxslərin 75%-i hər həftə loto oynayır.
Varlılar isə istifadə edə bilmədikləri imkanlara arxalanırlar. Milyarderlər həmçinin risk etməyi sevirlər və bu risklər əvvəlcədən dəqiq hesablanmış olur. Bəzən bu risklər ağılasığmaz təsir bağışlasa da, son nəticədə onlara milyonlar qazandırır.