23 C
Baku
Saturday, October 5, 2024

Varlı, lakin xəsis məşhurlar

Amerikalı Henrietta Howland Green öz ölümündən sonra böyük sərvət qoymuşdu. Lakin o ömrü boyu kiçik sobanın üzərində özünə şorba bişirir və Çikaqoda böyük ərazilərə sahib olmağına baxmayaraq ən ucuz mənzildə yaşayır. Onun oğlunun ayağını amputasiya etmək lazım gəldikdə isə Henrietta bir neçə gün ərzində ucuz xəstəxana axtarışına zaman ayırmışdı. Bu xəsis qadın 82 yaşında ev qulluqçusunun südü nisbətən baha qiymətə aldığını öyrəndikdə ürək tutmasından dünyasını dəyişmişdi.

Dünyanın ən varlı insanlarından biri olan Con Pol Getti 30 il bundan əvvəl öz villasında qonaqlar üçün ödənişli taksofonlar quraşdırmışdı. Onun nəvəsini oğurlayıb pul tələb etdikdə o bu pulu verməkdən imtina etmişdi. Ona yalnızca nəvəsinin kəsilmiş qulağını göndərdikdə razı olmuşdu və tələb edilən məbləğdən 6 dəfə az pul ödəmişdi.

Skandinaviyada qablaşdırma materialı istehsal edən şirkətin yaradıcısı və 8 milyard dollara sahib Hans Rausinq mağazalarda inadkar şəkildə endirim tələb etməsi ilə məşhurdur. O bir neçə il əvvəl 12 illik rus “Niva” avtomobilini əldə etmişdi.

Kinorejissor Michael Winner eyni poçt zərfindən bir neçə dəfə təkrar istifadə edir və artıq bitmiş diş məcununu hissələrə bölərək içərisində qalan məcundan da istifadə edir.

Britaniyalı milyoner Nicholas von Hoogstraten bir dəfəlik çay paketlərini istifadə etdikdən sonra qurudaraq yenidən istifadə edir. Halbuki onun sərvəti 800 milyon dollardan çoxdur.

Bu cür varlı şəxslər milyonlara sahib olmaqla hər qəpiyini qoruyacaq, endirim tələb edəcək və inanılmaz qənaət üsullarına əl atacaqlar. Bilirsiniz niyə? Çünki xırda, yaxud böyük pul anlayışı yoxdur. Sadəcə pul məfhumu var.

Son xəbərlər
Digər xəbərlər