9 C
Baku
Friday, December 13, 2024

Varlı ruslar öz hesablarını xaricə köçürür

Rusiya vətəndaşlarının öz valyuta hesablarını xarici banklara köçürməsi prosesi son iki gündə bir neçə dəfə artıb.

Bu haqda Rusiya Bank Əmanətlərinin Sığortası Agentliyinin sədr müavini Andrey Melnikov bildirib.

Onun sözlərinə görə, Rusiyadan kapital axını getdikcə daha da sürətlənir. Bundan başqa Rusiya vətəndaşları kiçik banklarda olan rubl hesablarını da daha iri yerli banklara transfer etməyə başlayıblar.

Ekspertlərin fikrincə, bu ajiotaj valyuta və qiymətli kağızlar bazarına təsirsiz ötüşməyəcək. Onların fikrincə, Rusiyanın Suriyadan çıxması bu ajiotajın əsas səbəblərindən biri kimi göstərilə bilər, çünki əhali bundan sonra ölkədə vəziyyətin daha da acınacaqlı olacağını düşünərək orta səviyyəli bankların batacağı qorxusu ilə pullarını iri maliyyə qurumlarına etibar etməyə üstünlük verirlər.

Ölkə.az

Son xəbərlər
Digər xəbərlər