9 C
Baku
Friday, December 13, 2024

Varlılar nəyə qənaət etməyə hazırdır?

Hərdən bizə elə gəlir ki, varlılar pullarının heç qədrini bilmir, onları necə gəldi sağa-sola xərcləyir. Amma əslində bu belə deyil, onlar nəinki öz maliyyələrini ağıllı idarə edir, həmdə bəzən ifrat dərəcədə xəsis olurlar. Milyonerlər hamıdan yaxşı bilirlər ki, dama-dama göl olar. Bəzi zəngin insanlar qənaət etməklə bağlı vərdişləri ümumiyyətlə olduqca qəribədir, bilmək istəyirsiniz söhbət hansı zənginlərdən gedir? 

 Uorren Baffet

 Məsələn varidatının miqdarı 44 milyard dollar civarında qiymətləndirilən, məşhur , 81 yaşlı sərmayəçi milyoner Uorren Baffet daşınmaz əmlak agentlərinin “sərfəli” təkliflərinə aldanmır, bu qədər pulunun olmasına baxmayaraq, 0, hələ də 1958-ci ildə 31500 dollara aldığı, sadə evdə təvazökar həyat tərzi sürür. Lakin o, özünün xeyriyyəçilik fəaliyyəti ilə olduqca məşhurdur, Baffet xeyirxah məqsədlərə  milyardlarla pul ayırır.

Məsələn ildə bir dəfə Uorren Baffet ilə nahar etmək üçün hərrac keçirilir, ən çox pul verməyə razılaşan adam onunla nahar etmək şansı əldə edir. Hərracadan gələn pul xeyriyyə məqsədlərinə sərf olunur. Bu  auksisonlardan birincisi  2000-ci ildə baş tutub. Ümumi hesabda “Baffet ilə nahar” Glide Foundation  fonduna artıq 11,5 milyon dollar qazandırıb. Əksər hallarda hərracın qaliblərinin adları məxfi saxlanılır. Bu il naharın qiyməti record həddə 3,5 milyon dollar çatmışdır.

Mişel Obama

bogatie5 350.jpg

 ABŞ-ın birinci xanımı, Mişel Obama, qida məhsulları adi super-marketlərdən alır, Mişelin dükanlara endirim mövsümündə getməsi də daima kütlənin diqqətini çəkir, o geyimlərini H&M kimi pərakəndə satış dükanlarından alır. Yeri gəlmişkən Obama ailəsinin ümumi sərvətinin miqdarı 2,6-8,3 milyon dollar həcmində qiymətləndirilir.

Hillari Svonk

bogatie3 350.jpg

 Populyar aktrisa Hillari Svonk super-marketlərdə alış veriş edərkən kuponlardan istifadə edir. Qız onları toplayır, daha sonra isə pulsuz məhsullar ilə dəyişir. Məşhurluğu ona adi dükanlarda alı-veriş etməyə mane olmur. O məhsullaırn çoxunu topdan-satış qiymətinə alır.

Devid Çeritonbogatie2 350.jpg

1,3 milyard dollar var dövlət sahibi olan və Google kimi kompaniyalara inkişaf etməyə kömək edən 61 yaşlı investor  Devid Çeriton restoranda yeməklərin yalnız yarı porsiyasını yeyir, yeməyin qalan hissəsinin isə qablaşdırmağı xahiş edir ki, özü ilə evə aparsın.

Tomas Bun Piken

bogatie1 350.jpg

Tomas Bun Piken, 84 yaşlı neft maqnatının var dövlətinin miqdarı 1,4 milyard dollara çatır, ümumiyyətlə özünün işgüzar geyiminə qənaət edir, o, öz geyimlərini beş ildən bir təzələyir.

 Mark Tsukerberq

millioneri8 400.jpg

 28 yaşlı Mark Tsukerberqin sərvətinin miqdarı 15,7 milyard dollar həcmində qiymətləndirilir. O, Bloonmerg agentliyinin versiyasına əsasən tərtib edilmiş planetin ən varlı sakinlərinin siyahısında 40-ci yeri tutur.

Gənc milyarder  kirayə götürülmüş evdə yaşayır, o, ucuz Honda Fir avtomobilini sürür. Geyim tərzidə olduqca sadədər, ən maraqlı fakt isə Tsukerberqin 1%-lə ipoteka almasıdır. O,ipoteka kreditini təkrar rəsmiləşdirərək, banklardan minimal faiz dərəcəsində – illik 1,05% ilə ipoteka krediti götürməyə müyəssər olmuşdur. Bu faizi rekord adlandırmaq da olar. Indi milyarder 30 il ərzində 5,95 milyon dollar həcmində kredit verməli olacaq. Bu pullara Tsukerberq Kaliforniyada özünə yeni ev aldı, Bloomberg-in qeyd etdiyinə əsasən artıq iki ildir ki, Mark bu evin ipotekasına görə “göz yaşı tökürdü”.

Son xəbərlər
Digər xəbərlər