4 C
Baku
Monday, January 13, 2025

Varlılar üçün sosial şəbəkə yaradıldı

Minesotadan olan bəstəkar və dirijor James Touchi Peters Facebook və Twitter kimi sosial şəbəkələri çox “adi” hesab edən imkanlı şəxslər üçün sosial şəbəkə yaratdı. Netropolitan-da qeydiyyat 1 ay üçün 3000 dollar təşkil edir və ilkin ödəniş 6000 dollar həcmində nəzərdə tutulub.

Bu sosial şəbəkənin yaradıcısı belə hesab edir ki, yükəsk qiymətə baxmayaraq şəbəkə böyük populyarlıq qazanacaq. Çünki imkanlı şəxslərin özləri ilə eyni sosial vəziyyətdə olan insanlar ilə ünsiyyət qurmağa ehtiyacları var və buna görə istənilən məbləği hazır olacaqlar.

Netropolitan istifadəçiləri eynilə Facebook-un malik olduğu imkanlardan istifadə edə biləcəklər. Burada istisnanı yalnız reklamların olmaması təşkil edəcək. Sosial şəbəkə komandasının verdiyi məlumata görə, artıq yüzlərlə insan bu xidmətə qoşulmuşdur, lakin elit cəmiyyət qaydalarına əsasən onların şəxsiyyəti gizli saxlanılır.

Son xəbərlər
Digər xəbərlər