14 C
Baku
Saturday, April 27, 2024

Varlıların həyatından maraqlı faktlar

Araşdırmlar göstərmişdir ki, ABŞ-da hər dörd milyonerdən  biri 100 dolardan bahalı çəkmə  geyinmir, hər 10 milyonerdən biri isə öz kostyumuna görə 200 dollardan artıq ödəmək istəmir və yalnız varlılıların üçdə biri hələ üç ili tamam olmamış avtomobillərdə gəzir.  Rin.ru saytında  varlı insanların həyatı haqqında maraqlı faktlar dərc olunmuşdur. Onlardan bəzilərini sizin diqqətinizə də təqdim edirik.  

Hər şeyə sahib olmaq və yenə də hər şeyə qənaət etmək

Qenrietta Houlend Qrin, iyirminci əsrin ən görkəmli amerikan maliyyəçilərindən  biri bütün dünyada ən böyük xəsis kimi şöhrət qazanmışdır. Qənaət etmək xətrinə o yeməyi batareyada qızdırır və itirdiyi iki sentlik kağız markasını bütün gecə yorulmadan axtara bilərdi. Onun oğluna tibbi kömək lazım olanda o, üç gün pulsuz xəstəxana axtardı ki, həkimlərə xərci çıxmasın, nəticədə oğlan ömürlük şikəst qaldı, uşağın ayağın amputasiya etdilər.

Milyoner qadın 82 yaşında ürək tutmasından öldü, bilirsiniz necə? Eşidəndə ki, evində işləyən aşpaz xanım bir süd şüşəsinə görə bir az artıq pul ödəyib, onu infarkt vurdu. 1916-ci ildə vəfat edərkən, o özündən sonra 100 milyon dollar varidat qoydu. Bütün ömrü boyu isə o yoxsul ailəvi kirayələrdə yaşamışdır, baxmayaraq ki, onun Çikaqoda çox dəbdəbəli neçə-necə mənzilləri var idi.

Dostluq yaxşı şeydir, amma hərə öz pulunu ödəsin

Hələ otuz il bundan əvvəl 2 milyard dollar sərvətə malik olan Con Pol Qetti dünyanın ən varlı insanı idi, amma o da hər şeyə qənaət edirdi. O hətta öz villasında qonaqlar üçün avtomat telefon quraşdırmışdı ki, onların danışıq xərclərini ödəmək məcburiyyətində qalmasın.

Onun nəvəsini oğurlayanda o, uşağın azad edilməsi üçün 17 milyon dollar girov ödəməkdən imtina etdi. Yalnız uşağın tikə-tikə doğranmış qulağı zərfə qoyulub ona göndəriləndə, o pulu ödəməyə razılaşdı, amma burada da qənaət etməyi bacararaq,  soyğunçulara cəmi 2,7 milyon dollar ödədi.

Sadəlik insanın bəzəyidir

Ən zəngin isveçli və İKEA kompaniyasının sahibi İnqvar Kamprad (28 milyard dollar) öz biznesini hələ məktəbdə oxuyarkən başlayıb. Hələ o zaman o, öz sinif yoldaşlarına qələmləri, karandaşları və plastilinləri üç qat bahasına satırdı.

İnqvar Kamprad çox sadə həyat tərzi sürür: o işə avtobusda gedir, ucuz restoranlarda qidalanır, təyyarələrin ekonom-klassda uçur və ən yaxşı hallarda yalnız üç ulduzlu otellərdə qalır.

Qəribəliyi olan zənginlər

Tetra Pak kompaniyasının təsisçisi, 8 milyard dollardan yuxarı sərvət toplamağa müyəssər olmuş Hans Rausinq, onunla məşhurdur ki, dükanlarda son qəpiyinə qədər qiymət salmağa çalışır. Bu yaxınlarda isə varlı skandinaviyalı 12 ilin istehsalı köhnə bir Niva avtomobili almışdır, görünür bu zaman da onun əsas məqsədi qənaət etmək olmuşdur.

Məşhur kinorejissor Maykl Uinner, 27 milyon dolları olmasına və arada bir  6 min dollarlıq şərab içməsinə baxmayaraq, bir poçt zərfindən bir neçə dəfə istifadə etməklə və ya diş pastasını xırda-xırda hissələrə parçalamaqla qənaət etməyə çalışır.

Bir neçə il əvvəl Britaniya polisi milyoner Nikolas Fon Xooqstratenin (800 milyon dollar) evində axtarış apararkən külli miqdarda işlənmiş bir dəfəlik istifadə üçün nəzərdə tutulançay paketləri tapmışlar. Sən demə milyoner paketlərdəki çayları qurudaraq, onları təkrar-təkrar dəmləyirmiş.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər