10 C
Baku
Thursday, November 14, 2024

Varlının iti

Bir varlı insan var idi. Onun çoxlu qızılları və gümüşləri, qoyunları, inəkləri, öküzləri, atları var idi. Həmçinin onun bir iti var idi. Böyük cəsur it onun çox saylı qoyunlarının və keçilərinin keşikçisi, atlarının sadiqq dostu idi. Varlı öz itini çox sevirdi və iki gözü kimi qoruyurdu.

Lakin günlərin bir günü səhər tezdən oyanaraq o, öz itinin ayaqlarının altında uzandığını və nəfəs almadığını görür.

Sadiq və cəsur dostunun ölümünü o qəbul edə bilmirdi. Sahibi itinin cəsədini ağ kəfənə bürüməyi əmr edir və iti təmtərahlı şəkildə dəfn edir. Üç gün və üç gecə molla itin qəbrinin başında Quran oxumalı idi. Sadiq dostunun xatirəsinə varlı kəs ehsan paylayır. Və yeddi gün ərzində yoxsul, kasıb insanlara sədəqə paylayır.

Bu hadisə haqqında şaələr gəlib baş mollanın qulağına çatır. Molla dəhşətə gəlir! Və ah-vay edir:

– Bax, müqəəddəs din taptalanıb! Peyğəmbərin dini çirkaba bulaşdırılır! Quranı, imamı unudurlar! Şəriətə hörmət etmirlər! Bədbəxtlər! İti təmtərahla dəfn edənlər və onun qəbrinin başında Quran oxudanlar 100 dəfə ölməyə laiqdirlər!

Bunları deyərək molla atının belinə minir və varlı insanı cəzalandırmaq üçün onun yanına gedir.

Baş mollanın gəlişini öyrənən varlı kəs öz sürüsündən əlli yağlı qoyun ayırılmasına əmr verir və mollanı qarşılamağa gedir. Onun qarşısında baş əyərək mollaya söyləyir :

– Böyük imam, xoş gəlmişsən! Bu sadiq qulunun dərdinə qulaq as. Mənim sadiq itim, sərvətimin sütünü, sürülərimin keşikçisi vəfat etdi. O, çox ağıllı və mərhəmətli idi, mollara və imamlara çox böyük hörməti var idi. Hətta ölümündən sonra, ey molla , sənə əlli ən yağlı qoyun vəsiyət etmişdi!

– Hey! Ona it demə! Onu mənim dostum, qardaşım adlandır! – deyə heyrətlənmiş molla qışqırır. – Mənə onun qəbrini göstər. Onn ruhunun şad olması üçün məzəranın başında Quran oxuyacam!

Son xəbərlər
Digər xəbərlər