6 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

Vasif Talıbov Asiya İnkişaf Bankının nümayəndəsi ilə görüşüb

Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin ölkə üzrə yeni direktoru xanım Kandis Makdeyqan ilə görüşüb.

Bu barədə Banker.az-a Ali Məclisinin mətbuat xidmətindən məlumat daxil olub.

Ali Məclisin Sədri qonağı yeni vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Asiya İnkişaf Bankı ilə muxtar respublika arasındakı əməkdaşlığı diqqətə çatdırıb. Ali Məclisin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın muxtar respublikaya səfərini xatırlatmışdır. Muxtar respublikada aqrar sahədə görülən işlərdən bəhs edən Ali Məclisin Sədri təqdim olunan yeni layihələrin bu baxımdan əhəmiyyətini qeyd eedib.

Asiya İnkişaf Bankının ölkə üzrə direktoru xanım Kandis Makdeyqan Naxçıvan Muxtar Respublikasına ilk səfərinin layihələrlə tanışlıq məqsədi daşıdığını qeyd edən qonaq əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.

Son xəbərlər
Oxşar xəbərlər