Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilmişdir. Sessiyanın gündəliyinə aşağıdakı məsələ verilmişdir: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müraciətinə baxılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılmışdır. Qərar səsə qoyularaq qəbul olunmuşdur.