Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində aprel ayında Füzuli və Tərtər rayonlarında döyüşlərdə şəhid olan mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyevin ailələrinə yeni mənzillər təqdim olunub.
Virtualaz.org-un bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan şəhərindəki yeni yaşayış kompleksində yerləşir. Tam təmir olunan mənzillərə bütün mebel avadanlıqları və məişət əşyaları qoyulub, lazımi kommunal-məişət şəraiti yaradılıb.
Fotodakı azyaşlı oğlan mayor Rasim Məmmədovun oğludur. İnanırıq ki, hər iki şəhdimizin övladları şəhidlik zirvəsinə yüksələn qəhrəman vətən oğullarının qanını yerdə qoymayacaqdır.