27 C
Baku
Saturday, June 29, 2024

Vaşinqton Almaniya və Fransanı ABŞ-ın maliyyə sistemindən xaric etməklə təhdid etdi

ABŞ prezidenti Donald Trump, Tehranla münasibətlərdə daha sərt mövqe tutmağı qərara alıb. Bu dəfə Vaşinqton İrana Avropanın köməyi ilə təzyiq göstərməyi planlayır. Qeyd edək ki, Avropa ölkələri İran üzrə nüvə müqaviləsinin qüvvədə qalmasının tərəfdarıdırlar.

Donald Trampın fikrincə, İran nüvə silahının yaradılması üzərində çalışır və ona neft və digər məhsullarını satmasına icazə verən şəxslər, “Hizbullah” terror təşkilatını və hal-hazırda Yəməndə hərbi əməliyyatlarda iştirak edənləri maliyyələşdirmiş olurlar. Amerika prezidenti qeyd edir ki, hüquq pozuntusunun səbəbkarlarından biri də Avropa Birliyi ola bilər. Brüsseldə isə elə hesab edirlər ki, nüvə müqaviləsi Tehran üçün nüvə silahının yaradılması üzrə işlərin dayandırılması üçün güclü arqument ola bilər.

Avropalılar ABŞ-ın sanksiyalarından yayınma yolunu tapıblar. Söhbət INSTEX alətindən gedir (ticarət mübadiləsini dəstəkləyən alət), hansıki Avropa şirkətlərinə İran İslam Respublikası ilə əməkdaşlıq etmək imkanını verir.

Donald Tramp Fransa, Böyük Britaniya və Almaniyanın yaratdığı INSTEX ilə mübarizə aparmaq niyyətində olduğunu bildirib. Bloomberg agentliyinin verdiyi məlumata görə, ABŞ-ın ticarət nazirinin müavini Sigal Mandelker bildirib: “ INSTEX ilə əlaqəli olan istənilən bir şirkət ABŞ-ın maliyyə sistemindən xaric ediləcək”. Bu plan həyata keçirilsə, INSTEX ciddi problemlərlə üzləşəcək.

“Xahiş edirəm INSTEX-in düşdüyü potensial sanksiyaları nəzərə alasınız”, – deyə Mandelker INSTEX-in direktoru olan Per Fisher-ə yazdığı məktubda qeyd edir. – Amerikan sanksiyalarını pozan fəaliyyətlərdə iştirak etmək, ABŞ maliyyə sistemindən xaric edilmə də daxil olmaqla, bir çox ciddi nəticələrə səbəb ola bilər”.

Təhdid kifayət qədər ciddidir. Əldə edilən məlumata görə, Fransanın, Böyük Britaniyanın və Almaniyanın XİN bu təhdidlərdən qorxmurlar və sanksiyalardan yayınmaq üçün bir yol axtarırlar.

 

Son xəbərlər
Digər xəbərlər