Vaşinqton İrana qarşı sanksiyaları genişləndirdi

Məhdudlaşdırıcı tədbirlər həm şirkətlərə, həm də fiziki şəxslərə şamil olunur.

Banker.az bu barədə “Vestifinance” yə istinadən xəbər verir.

Qeyd edildiyi kimi, Vaşinqton İslam Respublikası ilə əlaqəli olan iki fiziki şəxsə və altı şirkətə qarşı sanksiyalar tətbiq edib.

Söhbət “Triliance Petrochemical” şirkəti ilə əlaqəsi olan İran vətəndaşı Əli Bayandoryan və “Shandong Qiwangwa Petrochemical Co” şirkəti ilə əlaqəsi olan Ci Sinvang haqqında gedir.

Bundan əlavə, məhdudlaşdırıcı tədbirlər BƏƏ-nin “Beneathco DMCC” və üç Şin şirkətinə şamil edilib – “Jiaxiang Industry Hong Kong Limited”, “Peakview Industry Co. Limited”, “Sage Energy HK Limited”.

Daha əvvəl verilən məlumata görə, Vaşinqton Pekinin İran neftindən imtina etməsinə nail olmağa çalışır. Buna baxmayaraq, ÇXR Tehranla əməkdaşlıq etməyə davam edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları