Amerika Birləşmiş Ştatları İranın xaricdəki dondurulmuş aktivlərindən 7 milyard dolların azad edilməsinə dair iddia edilən razılaşma ilə bağlı məlumatları təkzib edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, bütün sanksiyalar 2015-ci il üçün Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə konsensus əldə olunana qədər qüvvədə qalacaq.
“İndiki mərhələdə bu danışıqlar prosesində uğurlu nəticə əldə olunmayıb”, – Prays vurğulayıb.