23 C
Baku
Saturday, April 20, 2024

Vaşinqton Pekinin İran neftindən tamamilə imtina etməsini tələb edir

ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin sözlərinə görə, Ağ Ev Pekinin İran neftindən tamamilə imtina etməsini tələb edir.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir ABŞ-ın İrandan neft nəql edən bir sıra Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edildiyini xatırladaraq, İslam Respublikasının gəlirlərini “ehtimal ki, 95%-dan çox” azaldığını bildirir. Bununla yanaşı, İran ixracatının böyük hissəsi, Mnuçinin sözlərinə görə, hələ də Çindən gəlir.

“Mən Çin rəsmiləri ilə görüşdüm. Onlar bunu bizimlə və Dövlət Departamentinin nümayəndələri ilə müzakirə etmək üçün nümayəndə heyəti göndərdilər”, – amerikan naziri bildirir. Mnuçin qeyd edir ki, hal-hazırda ABŞ “Çin məmurları ilə sız əməkdaşlıq edir” və onun İran neftindən tamamilə imtina etməsini istəyir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər