16 C
Baku
Friday, May 2, 2025

Vaşinqton Rusiya-Ukrayna danışıqlarında vasitəçi olmaqdan imtina edib

ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq, Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb.

“İnterfaks”a istinadən məlumata görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib.

“Bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz mötədil görüşlər üçün dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtıdır”, – deyə o bildirib.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, ABŞ hələ də sülhün bərqərar olması üçün əlindən gələni edəcək, lakin münaqişənin nəticəsi hazırda Ukrayna və Rusiya tərəfindən konkret ideyaların işlənib hazırlanmasını tələb edir.

“Dünyanın başqa hissələri, bütöv bir yer kürəsi var. Onlar da bizim diqqətimizi tələb edir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər