7 C
Baku
Thursday, December 12, 2024

Vaşinqton ştatının Kinq dairəsində fövqəladə vəziyyət elan edilib

Vaşinqton ştatı administrasiyasının nümayəndələri bildiriblər ki, ştatda koronovirusdan ölənlərin sayı 6 nəfərə çatıb.

ABŞ-da qeydiyyata alınmış yoluxma hallarının ümumi sayı 100-ə çatıb. Kinq dairəsi tibb departamentinin əməkdaşı Ceffri Duçin bildirib ki, ölənlərin 4 nəfəri Sietl şəhərinin yaxınlığındakı Kirklenddə yerləşən qocalar evinin sakinləri olub. ABŞ hökuməti virusun ölkədə yayılmasının qarşısını almaqdan ötrü hər cür səy göstərir.

Çində başlanmış bu epidemiya Antarktidadan başqa bütün qitələrə yayılıb. Koronovirusa yoluxanların sayı 90 min nəfərə yaxındır.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər