1 C
Baku
Saturday, December 14, 2024

Vaşinqton və daha 36 ştat “Google”a qarşı iddia qaldırıb

ABŞ-ın paytaxtı Vaşinqton və daha 36 ştat “Google Play”də antiinhisar qanunlarının pozulmasına görə korporasiyaya qarşı Kaliforniya məhkəməsində iddia açıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Google” günahkar olduğunu rədd edir və iddiaçıların tələblərinin kiçik inkişafetdiricilər üçün xərcləri artıracağına, o cümlədən tətbiq mağazasını daha az etibarlı edəcəyinə inanır. Korporasiyaya görə, onlar böyük inkişafetdiricilərin maraqlarından çıxış edir.

Xatırladaq ki, “Google”a qarşı daha əvvəl də iddialar qaldırılıb. Bu onun axtarış və onlayn reklam bazarındakı dominantlığı ilə əlaqəli olub.

İyul ayının sonunda ABŞ-ın Nümayəndələr Palatası aparıcı texnologiya şirkətlərinin bazardakı dominant mövqeyini məhdudlaşdıran bir sıra qanun layihələrini təsdiq edib.

Son xəbərlər
Digər xəbərlər