18 C
Baku
Wednesday, April 24, 2024

Vaşinqton və Nyu Yorkda komendant saatı elan edilib

Amerikanın paytaxtı Vaşinqtonda və Nyu-Yorkda etirazların güclənməsi səbəbiylə küçəyə çıxmaq qadağan elan edilib.

Vaşinqton Bələdiyyə başçısı Muriel Bovser Corc Floydun öldürülməsi ilə əlaqədar şəhərdə son iki gündür davam edən etirazlara dair mətbuat konfransı keçirib.

Bir çox iş yerinin talan edildiyini və bəzi yerlərin yandırıldığını xatırladan Bovser, “Konstitusiyanın ilk maddələrinə uyğun olaraq etirazçılar nümayişlər təşkil etmə hüququna sahibdir, ancaq bunları edərkən şəhərimizi məhv etməməlidirlər”,- ifadəsini işlədib.

“Vaşinqtonda saat 19:00-dan etibarən qüvvədə olan 2 günlük komendant saatı elan edirik” deyən Bovser təhlükəsizlik qüvvələrinin şəhər daxilində ictimai asayişi təmin etməyə çalışdıqlarını vurğulayıb.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək prezident seçkiləri üçün sabah Vaşinqtonda ilkin seçki olacaq. Lakin komendant saatı seçkiqabağı müddətə təsir etməyəcək və məntəqələr səhər saat 08:00-da açılacaq.

MənbəYeni Çağ
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər