27 C
Baku
Sunday, July 21, 2024

Vaşinqtonda Bayramov, Mirzoyan və Blinken arasında üçtərəfli görüş olub – Yenilənib

11.07.2024, 00:10

ABŞ dövlət katibi Antoni Blinken bu gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller məsələ ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Blinken davamlı və ləyaqətli sülh sazişi istiqamətində əldə edilən irəliləyişi müzakirə edib və sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki tərəfi gələcək addımlara təşviq edib.

Blinken həmçinin regional əlaqələrin təşviqində sülhün vacibliyini vurğuyıb ki, bu da bütün Cənubi Qafqaz regionuna fayda verəcək bir amildir.

***

10.07.2024, 19:15

Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

NATO sammiti çərçivəsində keçirilən görüş Azərbaycanla Ermənistan arasında sülh sazişi və münasibətlərin normallaşmasına həsr olunub.

Xarici İşlər Nazirliyindən həmçinin qeyd olunub ki, görüş Antoni Blinkenin təşəbbüsü ilə baş tutur.

Son xəbərlər
Digər xəbərlər