17 C
Baku
Sunday, May 5, 2024

Vaşinqtonun hava məkanına nəzarət üçün süni intellektdən istifadə ediləcək

ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun hava məkanına nəzarət etmək üçün süni intellektdən istifadə edəcək monitorinq sistemi quraşdıracaq.

Bu barədə hava hücumundan müdafiə sistemləri proqramlarına nəzarət edən ABŞ Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Kertis Engelson bildirib.

“Söhbət paytaxt regionunun inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi Vaşinqton ətrafında idarə olunan hava məkanına nəzarət edən və qoruyan müasir müşahidə, identifikasiya və izləmə sistemindən gedir”, – deyə o qeyd edib.

Hərbi Hava Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, kompleksdə qabaqcıl kameralar və göz üçün təhlükəsiz lazer monitorinq sistemi istifadə olunur.

Polkovnik-leytenant təkmilləşdirilmiş sistemin göstəricilərinin əvvəlki versiyadan 10 dəfə yüksək olduğunu vurğulayıb. Engelsonun sözlərinə görə, bu kompleks Müdafiə Nazirliyinin cavabdeh olduğu digər obyektlərin təhlükəsizliyini təmin etmək üçün də istifadə oluna bilər.

100 milyon dollar dəyərində qiymətləndirilən sistemin tətbiqinə bu ildən başlanılacaq.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər