18 C
Baku
Tuesday, April 22, 2025

Vatikan Roma Papasının dəfn mərasiminin tarixini açıqlayıb

Vatikan xəbər verir ki, Roma Papası Fransiskin dəfn mərasimi aprelin 26-da keçiriləcək. Qeyd edək ki, hazırda Fransisk ilə vida mərasimi “Müqəddəs Marta” evində keçirilir.

Fransiskin dəfn mərasimində müxtəlif ölkələrin liderləri iştirak edəcək. Onların arasında ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Braziliya prezidenti Lula da Silva, Ukrayna prezidenti Volodimir Zelenski və başqaları var. Rusiya mərasimdə iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar verməyib.

Papa Fransisk dünən 89 yaşında infarktdan Vatikanda vəfat edib. Onun 88 yaşı olub. Xatırladaq ki, Fransisk 2013-cü il martın 13-də Roma Papası seçilib.

Son xəbərlər
Digər xəbərlər